• 27 Aprel 2024
logo
“Qarabağ” Luka Quqeşaşvili ilə 3 illik müqavilə imzalayıb

“Qarabağ” Luka Quqeşaşvili ilə 3 illik müqavilə imzalayıb

“Qarabağ” Luka Quqeşaşvilini transfer edib.
Bu barədə məlumatı Azərbaycan çempionu rəsmi saytı vasitəsilə yayıb.
Bildirilib ki, yanvarda Polşanın “Yagelloniya” klubundan icarəyə götürülən Quqeşaşvili bu dəfə birdəfəlik transfer edilib.
Gürcüstanlı qolkiper “köhlən atlar”la 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luka Quqeşaşvili ötən mövsüm “Qarabağ”ın heyətində Premyer Liqada 4 oyun keçirib, 2 qol buraxıb.