• 25 May 2022
logo
Belarus – Azərbaycan oyunu Serbiyada keçirilə bilər

Belarus – Azərbaycan oyunu Serbiyada keçirilə bilər

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Belarusla səfər oyunu Serbiyada keçirilə bilər.
Belarus Futbol Federasiyası bununla bağlı araşdırma aparır.
Qurum turnir çərçivəsində ev matçlarını Serbiyada keçirməyi ən doğru variant hesab edir. Ancaq hələlik yekun qərar verilməyib.
Qeyd edək ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb. Millətlər Liqasında C liqasının III qrupunda Azərbaycanla eyni qrupda yer alan Belarus millimizlə ev oyununu iyunun 6-da keçirəcək.