• 20 Aprel 2024
logo
“Penyarol” 51-ci dəfə Uruqvay çempion olub

“Penyarol” 51-ci dəfə Uruqvay çempion olub

“Penyarol” növbəti dəfə Uruqvay çempionu olub.
Montevideo təmsilçisi finalda “Plasa Koloniya”ya qalib gəlib.
1:1 hesabı ilə başa çatan matçın taleyini penaltilər seriyasında həll olunub. “Penyarol” 8:7 hesabı ilə qalib gələrək çempion tituluna sahib çıxıb.
“Sarı-qaralar” tarixində 51-ci dəfə ölkə çempionu olub. Bu, komandanın son 25 ildə 8-ci qızıl medallarıdır.