• 27 Aprel 2024
logo
Azərbaycan yığması dünya çempionatında 4 güləşçi ilə təmsil olunacaq

Azərbaycan yığması dünya çempionatında 4 güləşçi ilə təmsil olunacaq

Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclər arasında dünya çempionatı keçiriləcək.
Iiki gün davam edəcək məsul yarışda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçi təmsil edəcək.
Bu gün keçiriləcək yeniyetmələrin yarışında Musa Ağayev (60 kq) və Hüseyn Əliyev (70 kq) uğur qazanmağa çalışacaq. Sabah isə Rübail İbrahimli (70 kq) və Fərid Cabbarov (80 kq) gənclər arasında mübarizə aparacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstanın Katerini şəhərində keçirilmiş Avropa çempionatında Musa və Fərid qızıl, Hüseyn gümüş, Rübail isə bürünc medal qazanıb.