• 29 Yanvar 2023
logo
Türkiyə ilə oyunöncəsi İtaliya yığması daha bir itki ilə üzləşib

Türkiyə ilə oyunöncəsi İtaliya yığması daha bir itki ilə üzləşib

AVRO-2020-nin açılış matçında Türkiyə ilə qarşılaşacaq İtaliya millisi daha bir problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Marko Verratti bu gün baş tutacaq görüşü buraxmalı olacaq.
Zədəsi davam edən PSJ-nin orta sahə oyunçusunun ilk görüşü buraxacağı açıqlanıb. Ona qədər isə digər yarımmüdafiəçi Manuel Pelleqrini zədələndiyi üçün iştirak ərizəsindən çıxarılıb.

Qeyd edək ki, Roma Olimpiya Stadionunda keçiriləcək Türkiyə - İtaliya oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.