• 26 Aprel 2024
logo
Azərbaycanda oynamış futbolçu 39 yaşında meydana çıxdı

Azərbaycanda oynamış futbolçu 39 yaşında meydana çıxdı

"Bakı" klubunun sabiq futbolçusu Silvinyo Juan de Karvalyo 39 yaşında futbola qayıdıb.

"Report"un məlumatına görə, Jaba ləqəbli hücumçu Braziliya D Seriyasında "AE Altos"un heyətində "San Raymundo" ilə ev matçında meydana çıxıb. İkinci hissədə oyuna çıxan braziliyalı forvard 32 dəqiqə ərzində cəmi 50 saniyə topla oynaya bilib.

Təcrübəli oyunçu rəqib qapısına zərbə endirə bilməyib, sadəcə iki dəfə qaydanı pozub. Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb, görüşdəki yeganə qolu 87-ci dəqiqədə Emerson Karvalyo vurub.

Qeyd edək ki, Jaba 2009 - 2012-ci illərdə və 2014/2015 mövsümündə "Bakı"nın formasını geyinib. O, 2009/2010 mövsümündə Azərbaycan Kubokunu qazanıb.