12:18
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Baymedia.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb.
***
Azərbaycan cüdoçusu Uşanqi Kokauri "Paris-2024" Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.
100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda finlandiyalı Martti Pumalaynen ilə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən cüdoçumuz 1/4 finala yüksəlib.
***
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.
***
100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Uşanqi Kokauri təsəlliverici qarşılaşmada dünya çempionu, Endi Qranda (Kuba) ilə görüşüb.
Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.