• 21 May 2024
logo
Musa Qurbanlı Messi ilə

Musa Qurbanlı Messi ilə

Sosial şəbəkələrdə Azərbaycan millisinin və "Yurqorden"in futbolçusu Musa Qurbanlının maraqlı fotosu yayılıb.

Baymedia.az Publika.az-a istinadən xəbər verir ki, şəkildə M. Qurbanlı "İnter Mayami"nin ulduzu Lionel Messi ilə birlikdədir.

Foto Messi "Barselona"da çıxış etdiyi, Musanın isə 10 yaşının olduğu vaxt çəkilib.

Şəkil böyük ehtimal "Qarabağ"ın baş məşqçisi və futbolçunun atası Qurban Qurbanovun 2012-ci ildə "Barselona"nın düşərgəsinə səfəri zamanı çəkilib.

Həmin vaxt təcrübə mübadiləsi üçün Kataloniyaya yollanan Qurbanov həmkarı Pep Qvardiola ilə görüşmüşdü. Səfər zamanı Musa atası ilə birlikdə olub.