• 3 Mart 2024
logo
“Azərbaycançılıq ideologiyası vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir/”

“Azərbaycançılıq ideologiyası vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir/”

Şərafət Şəfa: “Prioritetlərimizdən biri də bu istiqamətdə təbliğatın artırılmasıdır”

“Məktəblilərin və gənclərin böyük həvəslə vətənpərvərvərliyin və Azərbaycançılıq ideologiyasının təbliginə olan maraqlarının artmasını nəzərə alaraq, daha böyük auditoriyalarda peşəkar hərbçilər, müdrik ağsaqqallarla birgə tədbirləri davam etdirəcəyik. Bunun üçün dövlətə qüsursuz xidməti olan, Vətən üçün canından keçən qəhrəmanların anım günlərini təşkil edəcək, qazi və şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən qısametrajlı filmlər ərsəyə gətirilərək hərbi vətənpərvərliyin təbliği genişləndiriləcək”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində Türk Dövlətləri Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini Şərafət Şəfa səsləndirib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirib.
-Vətəndaş məsuliyyətinin artırılmasında QHT-lərin rolu böyükdür. TAİB bu yöndə hansı işlər görüb?
- Vətəndaş məsuliyyətinin artırılmasının kökündə azərbaycançılıq ideologiyası dayanır. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışı ilə azərbaycançılıq ideyasının əsaslarını bəyan edib: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Azərbaycançılıq ideologiyası vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Bildiyimiz kimi Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi dövlətin qurulmasına xidmət edir. Türk Ağsaqqalalrı Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin əsas prioritet məsələlərindən biri də azərbaycançılıq və türkçülük ideologiyasının təbliğatının artırılmasıdır. Təşkilatımız bu yöndə ümumtürk konteksində xeyli işlər görüb. Bu yaxınlarda QHT Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə gerçəkləşdirdik. Layihənin məqsədi məktəbliləri yeniyetmə ikən Vətənin təbliği və milli maraqların müdafiəsi üçün ictimai fəaliyyətə yönləndirməkdir. Layihə çərçivəsində şəhid və qazilərin vətənpərvərliyindən və qəhrəmanlıqlarından bəhs edən 26 yazı iki mötəbər saytda və başqa KİV orqanlarında yayımlanıb. Bakının Nizami rayonunda yerləşən 12 saylı məktəbdə və Qax Peşə Liseyində peşəkar hərbçilərin iştirakı ilə tələbə və şagirdlərə hərbi vətənpərvərlik və azərbaycançılıq ideologiyası mövzusunda maarifləndirici tədbirlər keçirilib.
- Layihənin hədəfi nədir?
- Layihənin hədəfi gəncləri və məktəbliləri vətənimizin, milli kimliyimizin, mədəniyyətimizin, ana dilimizin, tariximizin qorunması, hərbi vətənpərvərliyin və vətəndaş məsuliyyətinin artırılması üçün maarifləndirmək və təşviq etmək olub. Peşəkar hərbçilər, gənclər və şagirdlər layihədə iştirak edərək bu fəaliyyətdən faydalanmaq imkanı qazanıblar. Layihədə nəzərdə tutulan yazılar, tədbirlər saytlarda, yerli KİV orqanlarında,sosial şəbəkə profillərində daimi qalacaqdır. Bu baxımdan layihədən faydalananların sayı yüzlərlə insan olub.
Layihədən ümumilikdə Azərbaycan vətəndaşları, xüsusən də hədəf qrupu olan ölkənin yeniyetmə və gəncləri faydalanıb. Layihənin icrası ilə hədəf qruplarda qədim tarix və mədəniyyətimizə, dövlətçilik ənənələrimizə, mənəvi dəyərlərimizə maraq artırmaq üçün, azərbaycançılıq ideologiyasının, o cümlədən vətənpərvərlik hissinin mənimsənilməsi gənclərə cəmiyyətimizin və dövlətimizin həyatında əsl vətəndaş kimi öz töhfələrini vermələrinə kömək edir.
-Layihənin qiymətləndirmə meyarı və nəticələri barədə nə deyə bilərsiniz?
- Layihə müddətində yazıları gedən şəhid ailə üzvləri, qazilər ilə əlaqələr daha da genişlənib, layihəyə olan maraq artaraq, davamlı olması istənilib. Buna uyğun olaraq məktəblilərin və gənclərin böyük həvəslə vətənpərvərvərliyin və Azərbaycançılıq ideologiyasının təbliginə olan maraqlarının artmasını nəzərə alaraq, layihə bitdikdən sonra da icrasını davam etdirəcək, daha böyük auditoriyalarda peşəkar hərbçilər, müdrik ağsaqqallarla birgə tədbirləri davam etdirəcəyik. Bunun üçün dövlətə qüsursuz xidməti olan, Vətən üçün canından keçən qəhrəmanların anım günlərini təşkil edəcək, qazi və şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən qısametrajlı filmlər ərsəyə gətirilərək hərbi vətənpərvərliyin təbliği genişləndiriləcək. Tədbirlər zamanı məktəbin və liseyin digər şagird, tələbələrin tədbirə maraqları, qatılmaq istəklərindən bir daha şahid olduq ki, təhsil müəssisələrində Azərbaycan ideologiyası və hərbi vətənpərvərlik yönündə böyük təligat və maarifləndirmə işi aparılır. Və vətəndaş cəmiyyəti olaraq biz də təhsil müəssisələri ilə əməkdaşlıq gücləndirirməliyik. Mütəxəssislərin də qeyd etdikləri kimi, ictimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin, eləcə də yeniyetmələrin layiqli vətəndaş kimi formalaşmasında böyük mənəvi təsir gücünə malikdir.
- Vətəndaş cəmiyyətinin üzvü olaraq mövcud problemin həlli istiqamətində gələcək planlarınız nədən ibarətdir?
-Bu sahədə çox ciddi təbliğat gedir. Amma təbii ki, bu kifayət deyil. Bu sahədə boşluqlar hələ də mövcuddur. Xüsusilə şəhid ailələri və qazilərimizi problemindən sui-istifadə edən qüvələr var. Zaman-zaman bununla bağlı manipulyasiyaların şahidi oluruq. Bəzən bu manipulyasiyalar sağlam təbliğatın önünə də keçə bilir və gündəmə daşınır. Ona görə də bu istiqamətdə daha çox və geniş səpgidə layihələrin reallaşdırılması zərurəti yaranır. Hesab edirik ki, daha əhatəli, daha böyük kütlələri əhatə edən layihələin reallaşdırılması ilə cəmiyyətə zəruri olan informasiyaların çatdırılması nəticəsində mövcud problemlərin həllinə nail olmaq mümkündür. TAİB İdarə Heyətində ən aktual məsələ kimi demək olar ki, bu məsələ gündəmdədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasi kursun əsas hədəfi olan müstəqilliyin qorunması, əbədi olması üçün gələcək nəsillərin məhz vətənpərvərlik ruhunda yetişməsi vacib amildir. Azərbaycannın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin təbliği və gənclərin vətənpərvər ruhda yetişməsində vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət düşür.
- Hərbi vətənpərvərlik daha böyük önəm daşıyır…
-Bəli! Vətənə məhəbbət hissi gənclərin ruhuna hakim kəsilməlidir. Öz dövlətinin dilinə, dininə, milli kimliyinə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Biz bunun isbatını 44 günlük Vətən Müharibəsində gördük. Ona görə də təşkilatımızda müdrik ağsaqqallarımızla birgə peşəkar hərbçilər də təmsil olunurlar. Bu da birliyimizin tərkibində yaradılmış Gənclər Təşkilatının üzvlərinə və onların işlərinə böyük stimul verir. Həyata keçirdiyimiz layihə rəsmi olaraq sona yetsə də, biz daxili imkanlar hesabına layihənin icrasını davam etdirəcək, davamlı olaraq tədbirlər, görüşlər keçirəcək, vətəndaş məsuliyyətinin artırılmasına öz töhfəmizi verəcəyik.

Əli