• 22 Yanvar 2021
logo
Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı - Operativ qərargah

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı - Operativ qərargah

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilmiş İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılmışdır.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib.