• 19 Aprel 2024
logo
İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 625-VIQD nömrəli Qanununun tətbiqi və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 534 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Baymedia.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 21.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Baş prokuroruna münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər prokurorluq işçilərinə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 534 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 471; 2009, № 11, maddə 887) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. ikinci abzasda “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin;
2.2. ikinci və üçüncü abzaslar müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 21.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Baş prokuroruna münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər prokurorluq işçilərinə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 625-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.