• 19 Aprel 2024
logo
Azərbaycanda bu universitet yenidən təşkil edilir

Azərbaycanda bu universitet yenidən təşkil edilir

Nazirlər Kabineti Azərbaycan Turizm və Menecment Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar verib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsaəsn, Universitet Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.
Həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi təsdiq edilib.