• 19 Aprel 2024
logo
Gender komissiyalarının yaradıldığı bələdiyyələr bilinib

Gender komissiyalarının yaradıldığı bələdiyyələr bilinib

Azərbaycanda gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması məqsədilə Gender komissiyalarının yaradıldığı bələdiyyələrin adları məlum olub.
Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, komissiyalar Azərbaycanın 15 rayon və şəhərindəki bələdiyyələrdə yaradılıb.
Belə ki, Gender komissiyaları Bakı şəhərində Xətai, Nəsimi, Səbail, Yasamal, M.Ə.Rəsulzadə, Lökbatan, Bakıxanov bələdiyyələrini əhatə edib.
Həmçinin paytaxtdan kənarda Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan, Ağcabədi, Ağdaş, Tərtər və Bərdə bələdiyyələrində Gender komissiyaları yaradılıb.