• 8 Dekabr 2024
logo
“Müharibə veteranı” adı verilmiş şəxslərə SMS bildiriş göndəriləcək

“Müharibə veteranı” adı verilmiş şəxslərə SMS bildiriş göndəriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə təqaüd təyinatını yekunlaşdırıb.
Nazirlikdən verilən verilən xəbərə görə, bu barədə həm SMS bildiriş sistemi, həm də Nazirliyin saytına daxil olmaqla rahat şəkildə məlumat almaq imkanları yaradılıb.
Müharibə veteranının Prezident təqaüdünün təyin olunması və bank kartının haradan götürüləcəyini də aydınlıq gətirilib.
Bildirilib ki, Müharibə veteranına təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir. SMS elektron sistemdə həmin şəxsin adına olan nömrəyə göndərilir. Eyni zamanda, bu barədə Nazirliyin internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün təqaüd” bölməsinə daxil olmaqla da öyrənə bilər. Şəxs həmin bölməyə daxil olur və şəxsiyyət vəsiqəsinin nömrəsini, doğum tarixini qeyd edir. Əgər ona təqaüd təyin edilibsə, avtomatik olaraq ekrana adı, soyadı çıxır və təqaüd kartını hansı bankdan alacağı qeyd edilir.