• 29 Noyabr 2023
logo
Müharibə veteranlarına növbədənkənar məzuniyyət veriləcək

Müharibə veteranlarına növbədənkənar məzuniyyət veriləcək

Özəl şirkətdə işləyən müharibə veteranlarına hansı güzəştlərin mümkün olduğu məlum olub.
“Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib ki, Əmək Məcəlləsində müharibə iştirakçıları və müharibə veteranları üçün bəzi imtiyazlar nəzərdə tutulub.
O bildirib ki, bunun biri əmək müqaviləsinə ixtisarla xitam verilməsi ilə bağlıdır:
“Belə ki, 78-ci maddədə qeyd olunub ki, işəgötürən ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslər arasında seçim etdikdə müharibə iştirakçılarına üstünlük verməlidir. Bundan başqa, Əmək Məcəlləsinin 130-cu maddəsində 14 təqvim günü müddətində müharibə iştirakçılarına verilməsi hüququdur. Müharibə veteranları üçün əmək məzuniyyətinin növbədənkənar istifadəsi hüququ nəzərdə tutulub. Müharibədə iştirak edən və yaralanan şəxslərə bəzi məzuniyyət hüquqları da müəyyən edilib. Əmək Məcəlləsinə hazırlanan dəyişiklik layihəsinə əsasən, Müharibə veteranlarına daha bir hüquq müəyyən edilib. Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 120-ci maddəsində "Müharibə veteranı" adı da əlavə ediləcək”.