• 18 Aprel 2024
logo
Narkotik vasitələrin qanunsuz dövriyyəsi: vətəndaş mövqeyinə ciddi ehtiyac duyulur

Narkotik vasitələrin qanunsuz dövriyyəsi: vətəndaş mövqeyinə ciddi ehtiyac duyulur

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyanın sürətlə yayılmasının qarşıınını alınması istiqamətində ciddi tədbirlər görülür, müxtəılif addımlar atılır. Amma bununla yanaşı tədbirlərin davam etdirilməsi və narkoticarətin qarşısının alınması ilə bağlı daha geniş tədbirlərə ehtiyac var.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkə hesabında da Azərbaycan xalqına etdiyi müraciət bu bəla ilə mübarizənin daha geniş spektri əhatə etməsinin vacibliyi önə çəkilir. Müraciətdə bildirilir:
“Əziz həmvətənlər!
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün bəşəriyyəti narahat edir. Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər.
Bu işdə daha bir vacib məsələ antinarkotik təbliğatın gücləndirilməsi və səmərəsinin artırılmasıdır. Xüsusən son dövrlər narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsi ilə onlayn yolla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsində vətəndaşlarımızın, ümumən sosial şəbəkə istifadəçilərinin, ölkəmizin ziyalı təbəqəsinin, blogerlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur”.
Hquqşünas Alim Hüseynli “Xalq Cəbhəsi”nə bildirdi ki, hər il dünyada narkotik vasitələrdən istifadəçilərinin sayı artmaqda davam edir. Onun sözlərinə görə, “Ağ ölüm” adlanan bu sosial bəlanın qarşısını almaq hələ də mümkün olmayıb: “Əksinə, getdikcə narkotikdən istifadəçilərin sosial tərkibi genişlənməkdədir. Daha dəhşətlisi odur ki, bu sağalmaz bəlaya düçar olanların sırasında qadınlar və azyaşlı uşaqların sayı artmaqdadır. Baxmayaraq ki, bununla paralel olaraq hər il dünyada narkotikdən ölənlərin sayı da yüksələn xətt üzrə imkişaf edir, ancaq bu zərərli vərdişin kökünü kəsmək mümkün olmayıb. Daha dəqiq, narkomaniya cavanlaşma mərhələsini yaşayır. Elə Azərbaycanda da gənclər və uşaqlar arasında narkomaniyaya meylli olanların sayı artmaqdadır. Tədqiqatlar deməyə əsas verir ki, hətta şagirdlər arasında narkotik maddələrdən istifadə edənlər mövcuddur. Dəhşətli məqam ondan ibarətdir ki, hətta 4 və 5-ci siniflərdə də narkotikdən istifadə edən şagirdlərə rast gəlinir. Əslində bu fakt azyaşlılar və gənclər arasında narkomaniyanın yayılmasına şərait yaradır. Belə ki, tələbə və şagirdlərin maddi imkanları olmadığına görə onlar daha çox sintetik tərkibli narkotik vasitələrdən istifadəyə üstünlük verirlər. Bu isə öz növbəsində yeniyetmələrdə narkotik maddələrə asılılıq yaradır. Narkotikə aludəçilik dozanı aşma "peredozirovka" deyilən həddə gəlib çıxır ki, bunun da sonu ölümlə nəticələnir”.

Sosial şəbəkələr vasitəsi ilə satış

Alim Hüseynli əlavə edib ki, hazırda heroin, "patı", "şüşə" adlanan psixotrop maddələrin sosial şəbəkələr vasitəsilə satışı genişlənib, dəyəri də "su qiymətinə". Əgər əvvəllər bu kimi narkotik vasitələr qaçaqmal yolu ilə xarici ölkələrdən gətirilirdisə, hazırda onların ölkədə istehsal edildiyi deyilir: “Rəsmi məlumata görə, narkomaniyaya düçar olmuş insanların normal həyata və cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 Dövlət Proqramı tam icra olunsa da heç bir uğurlu naliyyət əldə edilməyib. Maraqlıdır, hansı sahədə çatışmazlıq var ki, gənclər və azyaşlı uşaqlar arasında narkotikdən istifadə edənlərin sayı artmaqda davam edir? Axı gəncliyin mənəviyyatına, sağlamlığına, müstəqil düşünmə qabiliyyətinə zərər vuran, cəmiyyət üçün yararlı olmasını əngəlləyən vasitələrdən biri narkotikdən istifadədir. Gənclərin müəyyən bir qisminin aludə olduğu bu zərərli vərdiş onların həyatını məhv edir, xoşbəxt gələcəyini təhlükə altında qoyur. Elə isə, dövlət, cəmiyət və hətta ailələr tərəfindən görülən tədbirlər niyə səmərə vermir?”.

Risk qrupu

Hüquqşünasın fikrincə, heç şübhəsiz ki, bəzi hallarda qadınlar və uşaqlar zərərli vərdişlərə məcbur edilirlər: “Nəticədə həmin şəxslərin həm də insan alverinin, məişət zorakılığının qurbanına çevrilmə ehtimalı artır. Xatırlatmaq yerinə düşər ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Belə həblər ilk dəfə yeniyetmələrə, xüsusən azyaşlı qızlara pulsuz verilir. Onlar buna aludə olduqdan sonra ya pulla almağa məcbur olurlar, ya da narkotacirlərdən asılı vəziyyətə düşürlər. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə, yaxud sözvdələşməyə əl atırlar. Bu, bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin həyatının məhv olmasına gətirir və milli genefondu təhlükə altına alır. Odur ki, risk qrupuna daxil olan qadın və uşaqlar arasında maarifləndirmə işinin aparılması vacibdir. Gənclərə aşılanmalıdır ki, narkotik təkcə onu qəbul edən adamı məhv etmir. Ailənin digər üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi problemlərlə dünyaya gəlirlər. Narkomaniya məişət zorakılığı, cinayətlərin artmasına və genefondun zəifləməsinə gətirib çıxarır.
Mütəxəssislərin qənaətinə görə, "pati" və "şüşə" laboratoriya şəraitində çox asanlıqla əldə edildiyindən ucuz başa gəlir ki, bu da onların geniş yayılmasına şərait yaradır. Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanda bəlaya çevirlən "patı" Xankəndidə hazırlanır. Alman kəşfiyyatının bununla bağlı dəqiq informasiya əldə etdiyi bildirilir. Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar. Mənbənin bildirdiyinə görə, Xankəndidə "Patı" istehasl edib Azərbaycanın digər ərazilərinə ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər. Mənbə bildirib ki, əvvəllər "patı" istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər. Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir”. Bu məlumatan da görünür ki, müəyyən qonşu dövlətlər, o cümlədəmn İran narkotik vasitələrin Azərbaycana ötürülməsinə göz yumur. Bu fakt isə milət və cəmiyyət olaraq gələcəyimizin xilası üçün daha ciddi səy göstərməyimizi zəruryyətə çevirir”.

Əli Zülfüqaroğlu