• 29 Mart 2024
logo
“Azərbaycan nümunəsi göstərir ki...”

“Azərbaycan nümunəsi göstərir ki...”

Alim Hüsüeynli: “Müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə, qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər”

Azərbaycanın mədəniyyəti, dəyərləri və ümumi potensialı çox böyükdür. Azərbaycan dövlətinin multikulturalizmlə bağlı dünya filosof və siyasətçilərinin müzakirələrini təşkil etməsi isə ölkənizin bu sarıdan potensialını daha çox aktuallaşdırmasına, ortaya qoymasına və dünyaya mədəniyyətlərin nümunəvi şəkildə qovuşduğu bir məkan kimi geniş miqyasda təqdim olunmasına gözəl şərait yaradır. Məlumat üçün qeyd edək ki, dünyanın düşünən beyinləri artıq çoxdan dərk etməyə başlayıblar ki, dünyanın, eləcə də hər hansı bir cəmiyyətin daxilindəki müxtəlif etno-mədəni qütblər arasında dialoq və anlaşmanın, dinc birgəyaşayışın alternativi yoxdur. Belə “alternativ” yalnız “sivilizasiyaların toqquşması”na aparıb çıxara bilər ki, bunun da sonu dünyanı xaos və dəhşətlərə, kütləvi fəlakətlərə sürükləyə bilər. Hazırkı dünya proseslərində sivilizasiyalı insanın məhz bu məqamla hesablaşmadığı məqamlarda kütləvi qırğınlar və faciələrin baş verdiyi ilə bağlı çoxlu faktlar ortadadır. Eləcə də dünyadakı bəzi güclərin bu sahədə təxribatları və pozucu fəaliyyətləri nəticəsində ölkələrin və millətlərin qana boyandıqlarının şahidi olmaqdayıq. Bu baxımdan dünyada multikulturalizmin rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin intellektual, mədəni, tolerant müstəvidə həlli olduqca önəmlidir. Öz növbəsində, bu sahədə potensialı və dəyərləri güclü olan ölkələrin multikulturalizm məsələlərində təşəbbüslərinin və rolunun artırılması çox məqsədəuyğundur. Azərbaycan isə dünya siyasiləri və intellektualları tərəfindən bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirilməkdədir. Ölkəmiz bu gün əsas multikulturalizm mərkəzlərindən hesab edilir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Maraqlıdır, dünyada multikulturalizm ideyasının iflasa uğraması barədə fikirlər səsləmndiyi halda belə bir sərəncamın imzalanmasına nə dərəcədə ehtiyac var idi?
Hüquqşünas Alim Hüseynli “Xalq Cəbhəsi”nə bildirib ki, multikulturalizmin Azərbaycan nümunəsi göstərir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə, qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər. Onun sözlərinə görə, belə bir şəraitdə multikulturalizm ideyasını kənara qoymaq yox, onu daha da inkişaf etdirmək və dünyaya yaymaq zərurəti yaranır: “Dövlət başçısının sərəncamında qeyd olunduğu kimi tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir”.
A.Hüseynli əlavə edib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, bu, bizim böyük sərvətimiz kimi dəyərləndirilir: “Azərbaycan nümunəsi göstərir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə, qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər. Azərbaycan bundan sonra da çalışacaq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində həll olunsun, regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin. Azərbaycanda ən qədim zamanlardan mədəni müxtəlifliklər dinc və tolerant bir şəkildə yanaşı mövcud olub. Son zamanlar isə Azərbaycanda dövlət tərəfindən multikulturalizmin qorunması və daha da inkişafı üçün böyük işlər görülüb. Bu barədə illərdir ardıcıl olaraq dövlət və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən müxtəlif beynəlxalq tədbirlər və bu tədbirlərdə dünyanın nüfuzlu siyasətçiləri, elmi-tədqiqatçıları, sahə mütəxəssisləri tərəfindən Azərbaycanın dünyada az mövcud olan multikulturalizm adalarından biri olması barədə deyilənlər bariz şəkildə göstərir ki, dünyada Azərbaycan timsalında multikulturalizm örnəyi yaşayır. Bununla yanaşı, ölkəmiz dünyada və qonşu ölkələr arasında multikulturalizm ənənələrinin və mədəniyyətlərarası dialoqun bərqərar olması və möhkəmlənməsi baxımından çox proqressiv siyasət aparır. Bu isə olduqca önəmlidir. Çünki bu gün dünyada multikulturalizmin qorunması, yayılması, sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşması və daha da möhkəmlənməsi, mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişaf etməsi məsələləri olduqca aktuallaşıb”.
Onun fikirncə, dünya mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlərə sürüklənə bilər: “Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bu bizim böyük sərvətimizdir. Belə vəziyyət isə tələb edir ki, Azərbaycan bundan sonra da çalışmalıdır ki, ölkə daxilində bütün məsələlər sağlam zəmində həll olunsun, regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin. Multikulturalizm bir dövlət siyasəti olaraq ölkələrin tətbiq etdikləri müxtəlif pluralistik baxış tərzləri mövcuddur. Bu mənada multikulturalizm hər hansı bir cəmiyyətdə fərqli mədəniyyətlərin bir yerdə yaşamasını təsdiq edən siyasi strategiyadır. Ümumiyyətlə, multikultural dialoqun əsası kimi islamofobiyanın əsasını da "mən” və "başqası” məfhumları təşkil edir. Belə ki, "mən” hər hansı bir sivilizasiyanın daxilində "başqa”larından fərqli düşünmə sistemləri ilə qarşılaşır. Nəticədə, "mən” multikultural əlaqədə həm qəbul etmə, həm də ayrılma mənasında özünü ancaq başqası və ya başqa sivilizasiya vasitəsi ilə müəyyən edir. Bütün bu münasibətlər, yəni "mən” və "başqası” əsasında formalaşan multikultural dialoq pozitiv fərqləndirmə kateqoriyasına istinad edir. Halbuki, islamofobiya mahiyyət olaraq "başqası” ilə münasibətdə neqativ fərqləndirməyə istinad edir. Bu isə müsəlmanların "başqaları” olaraq hər zaman neqativ münasibətlərə məruz qalmasına səbəb olur. Müasir islamofobiya irqçi bir ideologiya olaraq qarşımıza çıxır. Qərbdə müxtəlif zamanlarda İslam və müsəlmanlara istehza etmək və alçaltmaq üçün istehsal olunan kinolar, karikaturalar və nəşr olunan kitablar ciddi intellektual müzakirələrin həyata keçirilməsi üçün əlverişli deyil. Bütün bunlar irqçi islamofobiyanın təzahür formalarıdır. Digər tərəfdən isə islamofobiya bəzi güclü və nüfuzlu dövlətlərin müstəmləkə siyasətini həyata keçirmələri üçün yaratdıqları təsiredici mifdir. Müasir cəmiyyətlərin müxtəliflik və plüralizmi əhatə etmə iddiası qarşısında irqçi davranışların təhlükəsizlik, miqrasiya, inteqrasiya, mədəni konservatizm, Qərbin oz kimliyini mühafizəsi və s. adına məqsədə uyğun hesab edilməsi, heç bir siyasi və etik dəyərlə izah ediləcək bir mülahizə deyil. Bu, gücü əlində tutan ölkələrin iqtisadi qloballaşma ilə bağlı mülahizələrinə oxşayir. Belə bir şəraitdə Azərbaycan öz fəaliyyəti ilə dünyada multikulturalizm ideyalarının genişlənməsi işinə böyük töhvə verməkdədir. Azərbaycan multikulturalizmlə bağlı gördüyü işlərlə dünyaya bir daha sübut edir ki, multikulturalizm ideyaları yaşayır. Cəmiyyətimizin dünyaya örnək ola biləcək ənənələrini, yüksək dəyərlərini yaşatmaqla müasir və öncül olmaq bizim amalımızdır. Hazırkı informasiya əsrində multikulturalizmə böyük önəm verməyimiz isə düzgün yol hesab edilir”.

Əli