• 2 İyul 2025
logo
ETSN Türkiyəyə ekoloji dəstək verəcək

ETSN Türkiyəyə ekoloji dəstək verəcək

Qardaş Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları bizi də dərindən kədərləndirdi və sarsıtdı.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Ekoloji Şurasının üzvlərinin Türkiyəyə dəstək mesajında bildirilib.
“Ekoloqlar və meşəçilər olaraq insanlığa, meşələrə və təbiətə qarşı yönələn bu ekoloji terroru qətiyyətlə qınayırıq, hər zaman olduğu kimi bu çətin məqamda da qardaş ölkənin yanındayıq. Meşə yanğınları ilə mübarizədə türkiyəli həmkarlarımıza dəstəyik və hər cür yardım göstərməyə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün qüvvələrimizi, imkanlarımızı səfərbər etməyə, meşələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq”, - ekoloqlar bildiriblər.