• 14 Fevral 2025
logo
Dil Komissiyası yanında Monitorinq Mərkəzi telekanalların monitorinqini bitirib

Dil Komissiyası yanında Monitorinq Mərkəzi telekanalların monitorinqini bitirib

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən televiziya kanallarında aparılan monitorinqlər bititb”.
Bu barədə APA-ya Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib. O bildirib ki, televiziya kanallarının monitorinqi ilə bağlı nəticələr hazırda toplanılır: “Nəticələrlə bağlı sentyabrda hesabatla çıxış edəcəyik. Ümumilikdə televiziya kanallarında vəziyyət heç də ürəkaçan deyil”.
S.Əliyeva qeyd edib ki, sonra radioların bir aylıq monitorinqinə başlanılacaq: “Radiolardan sonra isə ən problemli olan reklamların monitorinqi olacaq”.