• 31 Yanvar 2023
logo
MİQ-də və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır

MİQ-də və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır

Müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır.

Təhsil İnstitutundan verilən məlumata görə, onlayn formatda təşkil olunacaq sınaq imtahanları İbtidai təhsil (8 iyun / 09:00, 12:00, 16:00), riyaziyyat (9 iyun / 09:00, 12:00, 16:00), Azərbaycan dili və ədəbiyyat (10 iyun / 09:00, 12:00, 16:00), ingilis dili (11 iyun / 09:00, 12:00, 16:00), tarix (16 iyun / 09:00, 12:00, 16:00), fizika (16 iyun / 09:00, 12:00, 16:00), biologiya (17 iyun / 09:00, 12:00, 16:00), coğrafiya (17 iyun / 09:00, 12:00, 16:00) , informatika (18 iyun / 09:00, 12:00, 16:00) və kimya (18 iyun / 09:00, 12:00, 16:00) fənləri üzrə keçiriləcək.
https://ttm.edu.az/ linkində qeydiyyatdan keçərərək sınaq imtahanlarında iştirak etmək mümkündür.

Qeyd edək ki, sınaq imtahanlarının 1-ci mərhələsi üçün qeydiyyat 6 iyun saat 23:59-da başa çatacaq. İmtahanların 2-ci mərhələsi üçün qeydiyyat isə 7 iyun tarixində başlayıb 17 iyun saat 23:59-da bitəcək.

Sınaq imtahanlarının məzmunu və təşkili ilə bağlı suallarınız üçün 012 430 57 79 və 012 430 90 81 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Qeydiyyat və texniki problemlərlə əlaqəli suallarınız üçün 070 861 39 72, 055 656 13 95, 050 671 93 19 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a, şənbə günləri 09:00-dan 14:00-a qədər fəaliyyət göstərir. Qeyd edək ki, sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.