• 7 Dekabr 2021
logo
Sosial şəbəkələrdə ən aktiv dövlət qurumları hansılardır? - ADLAR

Sosial şəbəkələrdə ən aktiv dövlət qurumları hansılardır? - ADLAR

Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzi sosial şəbəkədə aktivliyi ilə seçilən dövlət qurumları ilə bağlı monitorinq keçirib.

Trend-in məlumata görə, adıçəkilən mərkəz monitorinqin nəticələrini açıqlayıb.

Açıqlamada qeyd edilib ki, son zamanlar bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun 1-ci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, video qəbullar və sual-cavablar təşkil olunur. Güman etmək olar ki , məhz bunun nəticəsidir ki, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumlar sosial mediaya inteqrasiyadan sonra onların reputasiyasında müsbət istiqamətdə irəliləyiş də hiss olunur. Yəni, bir çox dövlət qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər, həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər.

Mərkəz araşdırmaları əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarının adlarını təqdim edib. Monitorinqin nəticəsinə görə, “Azəriqaz” İstehsalat Birliyi birinci yerdə, Baş Prokurorluq isə ikinci yerdə qərarlaşıb.
Monitorinqin nəticəsinə görə 3-cü yerdə Təhsil Nazirliyi, 4-cü yerdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 5-ci yerdə isə Dövlət Miqrasiya Xidmətidir.