• 8 Dekabr 2021
logo
Ərzaq balansının tərtib olunması Qaydası təkmilləşdirilib

Ərzaq balansının tərtib olunması Qaydası təkmilləşdirilib

Nazirlər Kabineti ərzaq balansının tərtibi mexanizmini və yeni qaydaları təsdiqləməsinin səbəblərini açıqıayıb.

İzahda bildirilib ki, qərarla ərzaq balansının tərtib olunması Qaydası yeni tələblərə uyğunlaşdırılmış, və tədbirlər planı üzrə ərzaq balansının tərtib olunması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin beynəlxalq təcrübə əsasında ərzaq balansının hesablanması metodologiyasının, istehsal, idxal və ixrac olunan buğdanın təyinatı və siniflər üzrə bölgüsü barədə dəqiq məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsi, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” vasitəsilə buğdanın istehsalı və anbar qalıqları barədə məlumatların dəqiqləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək.

Bununla da ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində istifadə olunan məlumatların keyfiyyətinin daha da artırılması hesabına ərzaq məhsullarının istehsalı və təchizatı ilə bağlı effektiv qərarların qəbul edilməsinə imkan yaradacaq.