• 26 Aprel 2024
logo
"Azəristiliktəchizat": Bütün istilik mənbələri normal qaydada işləyir

"Azəristiliktəchizat": Bütün istilik mənbələri normal qaydada işləyir

"Azəristiliktəchizat" ASC-nin bütün istilik mənbələri normal qaydada fəaliyyət göstərir.

Bunu ASC-nin Abonent və müştərilər xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq gəldikdən sonra rəhbərlik tərəfindən bütün tabeli qurumlara gücləndirilmiş iş rejiminə keçidlə bağlı göstərişlər verilib.

"Hazırda bizim 558 qazanxana və 90 istilik məntəqəsi normal rejimdə fəaliyyət göstərir. İstilik mənbələrimizdə hər hansı bir qəza və ya fövqəladə halların yaranması gözlənilmir", - R. Əliyev qeyd edib.

Buna baxmayaraq, R. Əliyevin sözlərinə görə, ASC-nin rəhbərliyi tərəfindən bu günlərdə yaşayış binalarında və sosial obyektlərdə istiliyə olan tələbatın artacağını nəzərə alaraq, qazanxana və istilik mənbələrində verilən istiliyin temperatur qrafikinə uyğunlaşdırılması tapşırılıb.