• 19 Sentyabr 2020
logo
Son 17 ildə ali məktəblərə qəbul planı 2.83 dəfə artıb

Son 17 ildə ali məktəblərə qəbul planı 2.83 dəfə artıb

1992–2019-cu illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2.83 dəfə, abituriyent ərizələrinin sayı isə 1.78 (subbakalavrlarla birlikdə 2.07) dəfə artıb. İllər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub.

Bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Qeyd edilib ki, təqdim olunacaq abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb.

Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2019-cu ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2019-cu ilə təsadüf edir. Qeyd etmək lazımdır ki, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə mənfi təsir göstərir, ixtisaslar üzrə keçid ballarının aşağı düşməsinə səbəb olur.