• 28 Sentyabr 2020
logo
Sentyabrın 11-dən şagird yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq

Sentyabrın 11-dən şagird yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq

Avqustun 12-dən bugünədək şagird yerdəyişməsi ilə bağlı 13 000 sorğu daxil olub.

Bunu APA-nın sorğusuna cavabında Təhsil Nazirliyi bildirib. Qeyd edilib ki, sorğuların qəbulu 11 sentyabr tarixinə kimi davam edəcək.

11 sentyabr tarixində yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq sorğuların qəbulu müvəqqəti dayandırılacaq.