• 25 Sentyabr 2020
logo
FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır

Ölkəmizdə yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində ciddi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, məhdudiyyətlərin mövcud olduğu müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır.

Bu barədə FHN-dən bildirilib. Məlumata görə, sənəd qəbulunun bərpası və seçmə prosedurunun davam etdirilməsi ilə əlaqədar əlavə məlumat veriləcək.