• 1 Oktyabr 2020
logo
TƏBİB sədri: "İnsanlarımızın həftə sonları tətbiq edilən məhdudiyyətlərə əməl edəcəyinə inanırıq"

TƏBİB sədri: "İnsanlarımızın həftə sonları tətbiq edilən məhdudiyyətlərə əməl edəcəyinə inanırıq"

“İnanıram ki, artıq vətəndaşlarımız nəticə çıxaracaq, qaydalara riayət edəcəklər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yol verilən qüsurların aradan qaldırılacağına əmindir: “İnsanlarımızın həftə sonları tətbiq edilən məhdudiyyətlərə əməl edəcəyinə, növbəti mərhələlərdə isə normallaşmaya uyğun davranacaqlarına inanırıq”.