• 1 İyun 2020
logo
Hande Harmancı: “Əhali arasında sereolojik testlərlə çalışmalara başlanılacaq”

Hande Harmancı: “Əhali arasında sereolojik testlərlə çalışmalara başlanılacaq”

“Yeni testlər hər zaman çıxır. Getdikcə sereolojik, yəni xəstəliyi keçirib-keçirməməklə bağlı testlər olacaq”.
Bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
O deyib ki, Azərbaycanda hökumət ən son və ən yeni testlər alır, laboratoriyaların sayı artır: “Sereolojik testlərdən istifadə edilərək əhali arasında çalışmalara başlanılacaq. Bununla insanların neçə faizinin bu xəstəliyi keçirdiyini biləcəyik”.