• 22 May 2025
logo
Vüsal Hüseynov: MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur

Vüsal Hüseynov: MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur

MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib."Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilir. İclas çərçivəsində üzv dövlətlərdə olan miqrasiya proseslərinin vəziyyəti, miqrasiya sahəsində milli qanunvericiliyə edilən dəyişikliklər, 2025-2026-cı illər bu təsisatın tədbirlər planı, şuranın sədrinin seçilməsi, yeni emblemin təsdiqi, təcrübə mübadiləsi, bu ölkələrin vətəndaşları arasında miqrasiya məsələlərinin tənzimlənməsi olacaq"-, o bildirib.

O bildirib ki, Azərbaycan 3-cü dəfədir bu təsisatın yığıncağına sədrlik edir: "Əvvəlki iclaslar 2010 və 2016-cı illərdə olub. Bu ölkəmizin miqrasiya sahəsində tədbirlərə davam etməsinin göstəricisidir. Görüşdə müzakirə edilən məsələlər vətəndaşların yerdəyişməsinin daha rahat tənzimlənməsinə gətirib çıxaracaq".