• 26 Mart 2023
logo
Hikmət Hacıyev: Azərbaycanın xaricdə olan diplomatik heyəti arasında koronavirusa yoluxma qeydə alınmayıb

Hikmət Hacıyev: Azərbaycanın xaricdə olan diplomatik heyəti arasında koronavirusa yoluxma qeydə alınmayıb

Azərbaycanın xaricdə olan diplomatik heyəti arasında koronavirusa yoluxma qeydə alınmayıb.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, diplomatik korpuslar gücləndirilmiş iş rejimdə çalışırlar və vətəndaşlarımıza zəruri konsulluq xidmətləri göstərirlər.

O qeyd edib ki, həmin şəxslərin ölkəmizə gətirilməsi istiqamətində zəruri addımlar atılacaq.

H.Hacıyev vurğulayıb ki, “Evə gedirəm” portalı fəaliyyətə başladıqdan sonra 5 gün ərzində müraciətlər qəbul ediləcək:

“Daha sonra portalın fəaliyyəti 5 günlük dayandırılacaq və növbəlilik ardıcıllığı ilə qayıdış təmin olunacaq”.

Onun sözlərinə görə, həftədə 200-400 Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi nəzərdə tutulub.