• 20 Sentyabr 2020
logo
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Marneulidə aztəminatlı ailələrə yardım edir

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Marneulidə aztəminatlı ailələrə yardım edir

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Marneuli bələdiyyəsində 150 aztəminatlı ailəyə ərzaq yardımı edib.

Bu barədə İnteqrasiya Mərkəzi bildirib.

Ərzaq yardımının çatdırılmasını Marneuli bələdiyyəsi təşkil edib.

Qeyd edək ki, Gürcüstan ərazisində koronavirus epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Marneuli və Bolnisi bələdiyyələrində karantin rejimi martın 23-dən davam edir.

Bu günədək ölkədə 300 nəfər virusa yoluxub, 3 nəfər həyatını itirib.