• 29 Mart 2024
logo
Aygün Əliyeva Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində olub

Aygün Əliyeva Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində olub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilovla görüşüblər.

XəzərNews.az xəbər verir ki, Qalib İsrafilov BMT-nin 52-ci insan hüquqları sessiyasında yerli QHT-lərin təmsilçiliyi və fəallığının əhəmiyyətli olduğunu və BMT-nin müxtəlif strukturları tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığının diqqətdə saxlanıldığını bildirib.

Daha sonra çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva BMT-nin təsisatları və digər nizamnamə orqanları ilə əməkdaşlığın Agentlik üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Vətəndaş Cəmiyyəti təsisatlarının qeyd olunan tədbirlər çərçivəsində iştirakının davamlı olması üçün sistemli iş aparılmasının vacibliyindən, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün qarşıda duran hədəflərdən bəhs edib.