• 28 Mart 2024
logo
Yardımlıda şəhidlərimizin xatirə kompleksinin açılış mərasimi keçirildi

Yardımlıda şəhidlərimizin xatirə kompleksinin açılış mərasimi keçirildi – FOTO

Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib
Aprelin 27-də Yardımlı rayonun Şiləvəngə kəndində Qarabağ şəhidlərinin şərəfinə ucaldlmış xatirə kompleksinin açılış mərəsimi keçirilb.
Xatirə kompleksi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərfindən “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi və tanıdılması” layihəsi çərçivəsində inşa edilib. Yüz nəfərə yaxın insanın qatıldığı açılış mərasimində şəhidlərin ailə üzvləri, rayonun qabaqcıl ziyalıları, müəllim və şagirdlər, eləcə də digər qonaqlar iştirak ediblər.
Açılış mərsimində giriş sözü ilə çıxış edən layihə rəhbəri Xanoğlan Əhmədov bildirib ki, bu xatirə kompleksi Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın şərəfinə ucaldılıb. Həyata keçirdikləri layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edən layihə rəhbərinin sözlərinə görə, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunan bu gözəl abidəni qısa müddətdə tikib başa çatırıblar: “Burada Şiləvəngə, Mamulğan, Ökü və Gavran kəndlərindən olan üzərində şəhidlərin şəkli əks olunmuş 12 mərmər lövhə asılıb. Xatirə kompleksdə 2 bulaq tikilib və ətrafında mini park salınıb, parkda xeyli bəzək və meyvə ağacları əkilib. Bu nəcib təşəbbüsdə bizə dəstək olan, köməyini əsirgəməyən hər kəsə minnətdaram”.
X.Əhmədov eyni zamanda, bu layihə çərçivəsində şəhid adlarının əbədiləşdirilməsi və tanıdılması istiqamətində digər tədbirlər də həyata keçirdiklərini deyib. Onun sözlərinə görə, şəhid məzarlarını ziyarət etməklə yanaşı, onların ailə üzvləri ilə görüşlər təşkil edilib.
Tədbirdə Yardımlı rayon Mədəniyyət şöbəsinin müdiri Ayaz Əliyev, Hacı Himayət Mahmudov, xatirə kompleksin memarı Zahir Məlikli, Təhsil şöbəsinin müdiri Pənah Tağıyev, şəhid ataları Yaşar Nəzərov və Elşən Aslanov, şair Seyid Süleyman və İdris Babayev, İltifat Məmmədov, Mirtacir Xurşidov, Hacı Namiq və başqaları öz çıxışlarında bu nəcib təşəbbüsü bəyəndiklərini bildirdilər. Onlar qeyd etdilər ki, Vətənin müdafiəsi uğrunda canından, qanından keçən bütün qəhrəmanlarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir.
Tədbirdə həmçinin məktəblilər tərəfindən şəhidlərin şərəfinə yazılmış şeirlər səsləndirilib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.