• 26 Aprel 2024
logo
Bölgələrdə peşə təhsilinin əhəmiyyəti təbliğ olunur

Bölgələrdə peşə təhsilinin əhəmiyyəti təbliğ olunur

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən "Regionda peşə təhsilinin təbliği" layihəsi çərçivəsində peşə təhsilinin təbliği üzrə təlimlər başa çatıb.

Qəbələ və Oğuz rayonlarında həyata keçirilən tədbirlərdə gənclər, ümumtəhsil ümüəssisələrinin müəllim və şagird heyəti, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.
Layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sosial İqtisadi İnkişafa Dəstək” İB, layihənin məqsədi, vəzifələri, peşə təhsilinin məşğulluğun artırılması və iqtisadiyyatın inkişafındakı rolu, gənclər təşkilatlarının diqqətinin peşə təhsilinin təbliğinə cəlb edilməsinin vacibliyi, regionda peşə təhsilinin təbliği üzrə sistematik maarifləndirmə işinin aparılmasının zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat verib.


Layihənin təlimçisi Əhməd Əhmədli tərəfindən isə peşə təhsilinin fəaliyyət istiqamətləri, peşə seçimi və karyera, düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin perspektivləri, peşə təhsilində təhsil pillələri, peşə təhsil müəssisələrində təhsil müddəti və s. haqqında geniş məlumat verilib.
Qeyd edilir ki, tədbirlərin proqramına uyğun olaraq Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə və Oğuz Peşə Məktəbinə səfərlər edilib, infoturlar həyata keçirilib.
İnfoturlar zamanı da layihə iştirakçılarına peşə təhsili müəssisələri haqqında ətraflı məlumat verilib. Tədris edilən ixtisaslar üzrə məlumat verildikdən sonra uğurlu məzunlar peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyələrini vermiş və uğur hekayələrini danışıblar.


İştirakçılar emalatxanalar, dəzgahlar, sinif otaqları, təhsil müəssisələrinin maddi-texniki bazası ilə yaxından tanış olublar, master-klaslarda iştirak ediblər. Onlar “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı tanış olublar.