• 27 Aprel 2024
logo
Biləsuvar gəncləri arasında vətənpərvərlik təbliğ olunur

Biləsuvar gəncləri arasında vətənpərvərlik təbliğ olunur

"Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişafı" İctimаi Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi "Vətən müharibəsi qazilərinə qayğı, vətənpərvərlik nümunəsidir" layihəsi çərçivəsində tədbirlərə başladı

"Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişafı" İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi "Vətən müharibəsi qazilərinə qayğı, vətənpərvərlik nümunəsidir" layihəsi çərçivəsində 13 mart 2022-ci il tarixidə Biləsuvar şəhərində tədbir keçirilmişdir. Tədbirdə ekpert Əliməmməd Nuriyev mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermşdir. Sonda tədbir iştiraçılarının çoxsaylı sualları cavablandırılmışdır.
Layihə gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi siayasətə dəstək olmaq, kеçmiş hərbçilərin, еhtiyаtdа оlаn zаbitləri, müharibə veteranlarının və əlillərin vəziyyətini öyrənilməsi, onlarla bağlı problemlərin araşdırılması, onların ehtiyac və tələblərinin aşkarlanması məqsədi ilə həyata keçirilir.