• 27 İyul 2024
logo
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in Baş katibi Helqa Maria Şmid ilə görüşüb.

Baymedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında qeyd edilib.

"Tərəflər ATƏT-in gündəliyinə aid məsələləri və Azərbaycanın təşkilat çərçivəsində prioritetlərini müzakirə ediblər", - paylaşımda bildirilib.