• 11 May 2025
logo
Bütün ailələr təhdid altında: bir gün çox gec ola bilər

Bütün ailələr təhdid altında: bir gün çox gec ola bilər

Bu gün dünyada milli dövlət anlayışı təhdid altındadır və bu problem hər bir fərdin həyatına, ailəsinə, övladlarının həyat tərzinə təsir edəcək səviyyəyə qədər yüksəlib. İlk növbədə sual yarana bilər ki, dövlətçilik ideologiyasının insanların həyat tərzinə təsir etməsi hansı parametrlərə görə mümkündür? Yaxud insanların həyat tərzi dövlətçiliyi necə təhdid edə bilər?
Birincisi dəyərlər sisteminin daşıyıcısı olan insanların kənar təsirlərə məruz qalması və manipulyasiya edilməsi çox çətindir. Çünki onun düşüncə olaraq daşıdığı dəyər anlayışı onun üçün “qırmızı xətlər” formalaşdırır. Bu ailə modeli, milli-dini dəyərlər, dövlətçilik anlayışı və.s ilə bağlıdır.
Son zamanlar nəyi müşahidə edirik? Xüsusilə ABŞ mərkəzli qərb təşkilatlarının işğal metodu dəyişib. Artıq silahlardan daha təhlükəli proseslər müşahidə edilir. Bu dağıdıcı proseslərə qarşı ən güclü immunitet milli-mənəvi dəyərlər olduğu üçün ilk növbədə dəyərlər sisteminin sıradan çıxarılmasına hədəflənən qlobal layihələr reallaşdırılır. Nəticədə zombi sürüsü formalaşdırılır, onlar maliyyələşdirilir, apardıqları təbliğatla dəyərlər sistemi dağıdılır, beyin işğalı daha asan şəkildə həyata keçirilir. Sonda bütövlükdə toplum və onun formalaşdırdığı dövlət təhdid altına salınır.
Çox təəssüf ki, toplum olaraq bu incə və gözümüzün qabağında məharətlə gizlədilən prosesi görə bilmirik. Onda ayılırıq ki, artıq problem evimizdədir. O zaman isə çox gec olur.
Dəyərlər sisteminin dağıdılması üçün ilk növbədə “yeni dəyərlər” yaradılır. Bu LGBT, feminizm kimi pozğun həyatı təbliğ edən və “yeni dəyərlər”, yaxud “yeni mədəniyyət” nümunələri kimi təbliğ olunan qlobal layihələrdir. Firkir versək görərik ki, bu “dəyərlərin” daşıyıcıları ilk növbədə psixoloji cəhətdən problemli olan şəxslərdir. Onlar seçilir, ciddi maliyyə dəstəyi alır və getdikcə xüsusilə hələ düşüncəsi formalaşmamış gənclər tora salınır və beləliklə də şəbəkə genişlənir.
Bu çox təhlükəli tendensiyadır və hər bir azərbaycanlı ailəni təhdid edir. Amma çox təəssüf ki, bu təhlükəli hücumlara qarşı əks-təbliğat əksər hallarda adekvat olmur. Xüsusilə ziyalılarımız efirdə problemin səbəbini deyil, nəticələrini müzakirə edib, hay-küy qaldırıb və dağılışırlar. Nəticədə səbəblərin, yəni problemin kökünün anlaşılmaması və nəticələr üzərindən müzakirələr apararaq problemin həllini istəyən ziyalılar, elm adamları da bilməyərəkdən bu “yeni mədəniyyət nümunələri”nin təbliği ilə məşğul olurlar.
Əslində pərdəarxasında bu cəmiyyətin millli-mənəvi dəyərlər sistemi kimi güclü immun sisteminin dağıdılması üçün milyardlarla maliyyə ayıran və pərdəarxasında prosesi idarə edən güclərin də əsas istəklərindən biri məhz budur. Yəni biz, problemin kökünü anlaya bilməyək, səbəbləri deyil, nəticələrin müzakirəsini efirlərə daşıyaq. Məsələn efirlərdə azad seks, eynicinsli nigahlar və.s kimi anormal, xəstəlik nümunələri müzakirə edilirsə, bu, əslində məhz prosesi yaradan mərkəzlərin işinə yarayır. Bunun nəticəsində də insanlar üçün bu problemin varlığı adiləşir. Ən təhlükəli məqam da məhz budur-problemin insanlar üçün adi hala çevrilməsi. Bununla da təhlükəli prosesin ikinci mərhələsi üçün daha uyğun zəmin hazırlanır.
Bu gün hər kəs düşünə bilər ki, milli-mənəvi dəyərlərə sadiqdir, ailə olaraq mühafizəkardır və.s. Amma bilməliyik ki, övladlarımız əllərindəki telefonla hər cür zərərli informasiyaya çıxış imlanlarına malikdir.
Ən pisi isə ölkədə bu düşüncənin daşıyıcılarının şəbəkələşməsi və qruplar halında fəaliyyət göstərməsidir. Onlar modern həyat istəyən gənclərə məhz pozğun həyatı “müasirlik” kimi asanlıqla təlqin edə bilirlər. Bu gün millətin və onun formalaşdırdığı dövlətin varlıq səbəbi olan dəyərlər sistemimizi isə gerilikçi ənənə kimi qəbul etdirə bilirlər. Qlobal internet resursları- google, youtube də məhz bu cür zərərli informsiyaları daha çox önə çıxarmaqla, bu qlobal internet layihələrinin sahibləri olan mərkəzlərin dünyanın hər yerində, o cümlədəmn Azərbaycanda təbliğatçı rolunda vitrinlərə qoydğu alətlərinə dəstək verirlər.
Ona görə də bu problemin həllinə kompleks yanaşılmalıdır. Qlobal layihənin alətləri ilə bağlı sərt tədbirlər görülməli, problemin kökü ciddi şəkildə araşdırılmalı və səbəblər təhlil olunaraq adekvat mübarizə üsulu seçilməlidir. Əks halda, hər birimizin ailəsi təhdid altnda qalmaqda davam edəcək və bir gün çox gec olacaq...

Əli Zülfüqaroğlu