• 27 Yanvar 2021
logo
Yeni seçilən deputatlara vəsiqələri təqdim edilib

Yeni seçilən deputatlara vəsiqələri təqdim edilib

Azərbaycan Milli Məclisinin 2020-ci il yaz sessiyasının iclası keçirilir.

İclası Milli Məclisin Sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.

İclasın gündəliyinə 18 məsələ daxildir.

Plenar iclasda yeni seçilən deputatlara vəsiqələri təqdim edilib. Vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.

MSK sədri çıxış edərək bildirib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib:

"Proseslər tamamilə başa çatıb, siz fəaliyyətə başlamısınız. Sizə uğurlar arzu edirik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq da bu gün sizlərə vəsiqələr təqdim edilir. Sizi ürəkdən təbrik edirəm".