Prezident İlham Əliyev Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 mart tarixli Sərəncamı ilə bu ərazilərdəki yaşayın məntəqələrinin siyahısı təsdiq edilib.
Ərazi vahidləri
Abşeron rayonu
1.
Qobu qəsəbəsində yeni massiv
Xızı rayonu
1.
Qızılqazma kəndində yeni massiv
2.
Yarımca kəndində yeni massiv
Siyəzən rayonu
1.
Qalaaltı kəndi
2.
Məşrif kəndi
Şabran rayonu
1.
Ceyranlı kəndi
2.
Əmirxanlı kəndi
3.
Qazbabalı kəndi
4.
Vələsli kəndi