• 26 Aprel 2024
logo
BAXCP sədri Türkiyə səfirinə başsağlığı verib

BAXCP sədri Türkiyə səfirinə başsağlığı verib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Kahramanmaraşda baş vermiş və Türkiyənin bir çox ərazilərində hiss edilmiş, dağıntılara və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə bağlı qardaş ölkənin Azərbaycandakı səfiri Cahit Bağçıya başsağlığı məktubu göndərib. Məktubda deyilir:
“Baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatının və dağıntıların olması məni dərindən kədərləndirdi. Kədərinizə şərik olur, həlak olanların doğmalarına, Sizə və bütün Türk xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm”.