• 19 Aprel 2024
logo
Misirlə terrorçuluğa qarşı birgə mübarizəni... - Əliyev

Misirlə terrorçuluğa qarşı birgə mübarizəni... - Əliyev

Biz bu gün regional təhlükəsizlik məsələlərini müzakirə etdik, eyni zamanda, gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün fikir mübadiləsi apardıq. Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəmizi gücləndirmək qərarına gəldik, buna böyük ehtiyac var.

Baymedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Sisi ilə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı deyib ki, çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaq.