• 19 Mart 2024
logo
ABŞ İrəvana yenə “demokratiya dərsi” keçəcək - yeni sammitə hazırlıq

ABŞ İrəvana yenə “demokratiya dərsi” keçəcək - yeni sammitə hazırlıq

Bu dəfə də sammitə dəvət alacağı şübhə doğurmayan Ermənistana hansı “dərs” veriləcək, ümumiyyətlə, bu sammitlə Vaşinqton nəyə nail olmaq istəyir?

Ağ Ev bildirib ki, mart ayında demokratiya üzrə ikinci sammiti keçirəcək. Bu, avtoritarizmə qarşı mübarizə və demokratik ölkələrin vahid cəbhəsinin formalaşması üzrə səylərin davamı olacaq. Bu barədə “Turan”ın Vaşinqton müxbiri bildirib. Sammit martın 29-dan 30-dək virtual formatda keçiriləcək. Bundan sonra hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin iştirakı ilə görüşlər olacaq.

Kosta Rika, Niderland, Zambiya və Cənubi Koreya həmtəşkilatçılar kimi çıxış edəcəklər. İştirakçı dövlətlərin tam siyahısı daxil olmaqla, digər əsas detallar hələ müəyyən edilməyib. “Biz hesabatlı və şəffaf idarəçiliyin müəyyən etdiyi bir dövrdə yaşayırıq”,- beş həmtəşkilatçının birgə bəyanatında deyilir.

Mart sammiti 2021-ci ilin dekabrında prezident Co Baydenin təşkil etdiyi və 100-dən çox liderin qatıldığı tədbirin davamı olacaq. Tədbirdə deyilirdi ki, demokratiyadan uzaqlaşmanın ən yaxşı şəkildə necə dayandırılması barədə danışılıb ki, nəticədə demokratiyanın möhkəmləndirilməsi və müdafiəsi məqsədilə 700-dən çox öhdəlik qəbul edilib. Qeyd edək ki, “Demokratiya sammiti” 9-10 dekabr tarixlərində keçirilib. 110-a yaxın dövlətin dəvət aldığı tədbirə Türkiyə, Rusiya, Çin, Azərbaycan, Misir, Səudiyyə Ərəbistanı kimi ölkələr dəvət almamışdı. Bu, rəsmi Bakının narazılığına və ABŞ-ın ünvanına tənqidlərə səbəb olmuşdu.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Demokratiya sammiti”ndə iştirakı isə ölkəsində narazılıqla qarşılanmışdı. İctimaiyyət nümayəndələri, siyasətçilər, ekspert və ziyalılar mətbuata verdiyi açıqlamalarda ABŞ-ın təşkil etdiyi bu tədbiri süni tamaşa adlandırmış, İrəvanda demokratiyanın olmadığı halda Paşinyanın belə bir sammitə qatılmasını absurd addım kimi qiymətləndirmişdilər.

Ermənistanın ABŞ-ın gələcək planlarında alət kimi istifadə etməyi “uyğun bildiyi” ölkə olduğu tezliklə bəlli oldu. İrəvan Rusiyanın təsirindən çıxmaq yolunda irəliləməkdədir, üstəlik, regionda sülh prosesini də ciddi şəkildə əngəlləməkdə davam edir. Yəni ABŞ-ın “demokratiya dərsləri” İrəvanın xeyrinə işləməyib. Bu dəfə də sammitə dəvət alacağı şübhə doğurmayan Ermənistana ABŞ hansı “demokratiya dərsi” verəcək, ümumiyyətlə, bu mənasız sammitlə Vaşinqton nəyə nail olmaq istəyir?

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli demokratiya pərdəsi adı altında gedən oyunlardan söz açdı: “Vaşinqton ölkələri iki istiqamətə ayırır: demokratik olanlar və olmayanlar. Demokratik təsisatlar adı altında formalaşdırdığı böyük qurumlar, QHT-lər və s. var. O cümlədən də hesabatlar yayan müxtəlif indikator təşkilatları var. Proseslərə bunların üzərindən baxmaq lazımdır. Əlbəttə, demokratik olan və olmayan ölkələr arasında qoyulan ayrıcalıq dünyadakı bölünmələri daha da sərtləşdirəcək. Rusiya, Çin və Türkiyəni dəvət etməmək o deməkdir ki, həm də gələcək dünyaya yönəlik ABŞ-ın başlatdığı bu prosesdə əsas hədəflər böyük Rusiya və böyük Çindir. Bu çox önəmli faktordur. Məsələ budur ki, onun parametrləri də əslində demokratiya parametrləri deyil. Orada qəbul edilmiş qərarlara diqqət edin. Şəffaf idarəçilik deyəndə nəyi nəzərdə tuturlar? Faktiki beynəlxalq təşkilatların dövlət idarəetməsinə müdaxilələrinin prinsipləri nəzərdə tutulur. Azərbaycan rəhbərinin vaxtilə atdığı addımlara sahib çıxa bilmədilər. İndi demokratların yadına demokratiya, insan haqları kimi məsələlər düşüb və dövlətin tezisləri kimi irəli sürürlər. Bundan dövlətlərə qarşı təzyiq aləti kimi istifadə edirlər. Ermənistanı demokratik dövlət adlandırırlar, amma onun rəhbəri seçkilər yox, inqilab yolu ilə hakimiyyətə gəlib. Digər tərəfdən, Ermənistanda müxtəlif qruplar var və oradakı seçki mühiti Avropanın arzuladığı səviyyədə deyil. Sadəcə olaraq, onların agenti, kadrı Ermənistanda hakimiyyətdədir. Bu mənada ona sahib çıxmağa çalışırlar. Çalışacaqlar ki, Ermənistanı daha da Rusiyadan ayırsınlar. Məsələyə əsas yanaşma budur. Amma hesab etmirəm ki, verdiyi müddətdə İrəvan bu addımlarına davam etsin”.

Təpəbaşı''da tariximiz məhv edilir! - qarşısını necə alaq...

Mətləb Aslanov

AĞ Partiya başqanının köməkçisi, siyasi şərhçi Mətləb Aslanov Amerikanın bu sammitdən də heç nə əldə edə bilməyəcəyini düşünür: “Bu, Amerikanın növbəti "demokratiya şousu"dur. Nə zamansa digər ölkələrə təzyiq etmək istədilər, bir sıra regionlarda müxtəlif niyyətlərə düşdülər, dərhal ilk ağıllarına gələn silah demokratiya aləti olur. Sual verək: Ermənistan Türkiyədən demokratik ölkədir? Cavab məlumdur. Amma işğalçı bir ölkə o sammitə dəvət olunur, lakin Türkiyə yox. Təkcə bu fakt sammitin mahiyyətini çılpaqlığı ilə üzə çıxarır. Düşünürəm ki, narahat olmağa dəyməz. Qoyun bu dəfə də Azərbaycan və Türkiyəni dəvət etməsinlər. Nə qazanacaqlar ki? Bir il öncə Baydenin təşəbbüsü ilə sammit keçirdilər, son bir ildə nə əldə etdilər? İndi də Amerika heç nə əldə edə bilməyəcək".

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Amerikanın əsl mahiyyətinin ortada olduğunu söylədi: “Amerika bu gün bir çox ölkələri öz təsir dairəsində saxlamaq üçün "demokratiya dərsi" adı ilə əməkdaşlıq edir. Bu, ABŞ-ın dünya ölkələrinə təzyiq vasitəsidir. Bu yolla öz maraqlarını həmin ölkələrdə təmin edir. Hansı ölkə ki, müstəqil siyasi xətt yürüdür, o zaman ABŞ həmin ölkəni “demokratiya dərsi”ndən kənarda saxlayır. Ermənistanın indiki rejimi olan Paşinyan Amerikanın maliyyə imkanları ilə hakimiyyətə gəlib. Paşinyanın bu cür sammitlərə dəvət olunması gözləniləndir. Ancaq sual ortaya çıxır, necə ola bilər ki, hakimiyyətə gələn Paşinyan öz qisasçılıq addımlarını atdı. Onlarla keçmiş vəzifəli şəxsləri, o cümlədən prezident olmuş Köçəryanı, generalları, siyasətçiləri, aktivistləri həbsə atdırdı. Onlarla QHT sədrləri, jurnalistlər həbsdədir. Ancaq Paşinyan bu cür sammitə dəvət alır? Paşinyan demokrat oldu? Göründüyü kimi, bütün bunlar məqsədli şəkildə Amerikanın xarici siyasətini dəstəkləməyən ölkələrə yönəlmiş təzyiq vasitəsidir. Amerika Azərbaycanın Qarabağda 30 ildir yüz minlərlə soydaşının hüququnu pozan, evini darmadağın edən, böyük vəhşiliklər törədən Ermənistanı “demokratik ölkə” kimi görürsə, burada söz bitir. Qarabağda barbarlıq törədən bir xalqa qarşı heç bir addım atmayan, əksinə, hər cür dəstək verən Amerikanın əsl niyyəti ortadadır".