• 24 Aprel 2024
logo
Bir neçə təşkilat parlament seçkilərində exit-poll aparmaq üçün müracit edib

Bir neçə təşkilat parlament seçkilərində exit-poll aparmaq üçün müracit edib

Bir neçə təşkilat Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək üçün müraciıt edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, exit-poll keçirmək istəyən təşkilatlar qanunvericiliyə görə səsvermə gününə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir: “Artıq bu müddət başa çatıb və exit-poll keçirmək istəyən təşkilatların müraciətləri Mərkəzi Seçki Komissiyasına daxil olub. Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”.