• 26 Aprel 2024
logo
Britaniya səfirindən Qarabağla bağlı paylaşım

Britaniya səfirindən Qarabağla bağlı paylaşım

Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tvitter səhifəsində yazıb.
“Mina axtaran itlər bu çətin işin öhdəsindən əla gəlirlər. Onların sayəsində insanların həyatları daha az risk altında olur. Biz bu sahədə Azərbaycanla əməkdaşlığı davam etdirmək və daha da genişləndirmək üçün çalışacağıq”, - diplomat qeyd edib.