• 1 İyul 2025
logo
“Tövsiyələrə ciddi əməl etməli və səylərimizi artırmalıyıq”

“Tövsiyələrə ciddi əməl etməli və səylərimizi artırmalıyıq” -Elxan Mirhəşimli

“Prezident İlham Əliyvin tapşırıgı ilə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşada bir araya gələrək, Azərbaycanın diaspor tarixində tarixi, siyasi və mənəvi əhəmiyyəti olan möhtəşəm ilkə imza atdılar”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli deyib. Onun sözlərinə görə, Dunya Azərbaycanlılarının V Zəfər Qurultayının Qarabağın mirvarisi Şuşada keçrilməsi ilə, 28 ildən sonra igid və qəhrəman əsgərlərimizin sayəsində xəyallarımız gercək oldu: “Dövlət başçısının Qurultayda səsləndirdiyi möhtəşəm fikirlər xüsusi önəm daşıyır: “Hesab edirəm ki, ilk növbədə separarçılar bu fikirlərdən dərs çıxarmalıdırlar. Biz, tək ermənilərlə deyil 30 ildir onların havadarları ilə mubarizə aparırdıq”.
E.Mirhəşimli deyib ki, ölkəmiz xaricdə çox diqqətlə izlənilir: “Dunya Azərbaycanlıları Şuşadan bütün dünyaya mesaj verdi ki, bu torpaqların əsil sahiblər geri dönub. Dövlətimiz bu torpaqları yenidən bərpa edəcək, gözəl turizim mərkəzinə çevirəcək.
Bu il Dövlətimiz Şuşa ili elan edib. 2023-cu il isə Şuşa türk dunyasının mədəniyyət paytaxtı elan olunub. Şuşada tədbirə qatılan hər bir azərbaycanlı böyük qürur hissləri yaşadı.
Hər Qurultayda olduğu kimi Şuşada da qarşımıza yeni vəzifələr qoyuldu, övladlarımızın dilimizi unutmamalarıçox önəmli mesaj idi.
Azərbaycanın haqq mubarizəsini indi də informasiya sahəsində davam etdirir. Ona görə də, həm də milli maraqlarımızı qorumaq tövsiyə olundu. Bu tövsiyələrə ciddi əməl etməli və səylərimizi artırmalıyıq.
Panel iclaslarda isə Qarabağla bağlı gələcək planlar haqqında hesabat dinlənildi. Hesab edirəm ki, dunya azərbaycanlıları bir amal uğrunda birləşməyi bacardılar”.

Əli Zülfüqaroğlu