“Xocalı həm də Ermənistan dövlətinin məğlubiyyəti idi, bir dövlət kimi mənəvi əsaslarını itirdilər”.
Bunu bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Ermənistan, erməni xalqı Xocalı faciəsinə görə üzr istəməlidir: “Üzr istəməlidirlər ki, bu qara səhifəni tarixlərindən çıxara bilsinlər”.