• 19 Mart 2024
logo
Sevincin kədəri

Sevincin kədəri

Osmanın qızı kimi doğulub Vartanın qızı kimi ömür sürən Sevincin YouTube-dəki kanalizasiyasından “havaya buraxdığı” son üfunət köpükcükləri mənə sıradan bir olay təsiri bağışlasa da, sosial şəbəkələrdə bəzilərinin ona xitabən “iç üzünü açdı” sözləri ilə başlayan, yaxud bitən statuslarına xeyli təəccübləndim. Vartanın qızının bağlı nəyi qalıbmış görəsən? Sevincin açılmaqdan “qara dəliyi” xatırladan “iç üzü”nü hansı yolla bərpa etmək mümkün olub ki, yenidən və yenidən açılsın? Bunun iç üzü Miçiqan Universitetinin “The Big House” stadionun darvazasıdır, yaxud Nyu-yorkda yerləşən “Carnegie Hall” konsert salonunun qapısıdır ki, yüzminlərin giriş-çıxışından sonra qapansın və yenidən açılsın... Yoxsa müasir tibb elmi o qədər inkişaf edib ki, artıq dəfələrlə açılmış “iç üzü”nün “bakirə” kimi sırınmasına imkan verən səviyyədə bərpası mümkün olub?

Bütün hallarda, unutmaq lazım deyil ki, söhbət özünü “Sevinc Osmanqızı” kimi tanıdan, amma Paşinyanın təbəəsi olmadığına görə içdən (bu “iç” o içdən deyil) köks ötürən, təpədən-dırağa bütün vücudu alışıb yanan Anahid məbədinin müasir dövrə transfer edilmiş klassik simasından gedir...

...Hələlik bəlli olmayan məkandan Siranuşun kanalizasiyasına qoşulub Nikol Paşinyanın onun və onun kimilərin “prezidenti” olmadığı üçün heyfslənən Haykanuşun sözlərindən dərin kədər hissi keçirən “Sevinc”in “kaş ki”ləri sıraya düzüldükcə ona “kəşbek” qazandırır... Erməni diasporu Siranuşun özünü də, sözünü də təbii və elektron “sayğaca” qoşub, hər “kaş ki”dən ona faiz gəlir, itirir və qazanlr, it hürür və qazanır...

Siranuş və onunla eyni sayğaca qoşulanların Azərbaycana qarşı qəzəb və nifrət dolu baxışlarının alt qatında, erməniləri döyüş meydanında məğlub etməyimiz, işğalçıları iti qovan kimi qovmağımızdan doğan qəzəb dayanır. Çünki Azərbaycan Ordusunun Zəfəri belələrinin bütün alçaq niyyətlərinin üzərindən xətt çəkib, Azərbaycanı, sözün bütün mənalarında təslim olduqları dairələrin əlaltısına, buyruq quluna çevirmək kimi arzu və istəklərini gözlərində qoyub. Məhz bu səbəbdən də “kaş ki...” deyib köks ötürürlər. Belələri Azərbaycanı daim məğlub durumda, erməni lətifələrinin subyekti kimi görmək istəyirdilər. Arzüları üzü darmadağın edilmiş içlərində qaldı...

Bilirsiniz, bu “kaş ki...”lərdən sonrakı nöqtələrin yerində nələr dayanır? “Kaş ki... ermənilər Azərbaycanın daha böyük ərazilərini işğal edə, ölkəni Ermənsitanın protektaratında olan bir əyalətə çevirəydilər”. “Kaş ki... Azərbaycan müharibədə ağır itkilərə məruz qalaydı, daha çox azərbaycanlı, daha az erməni öləydi”. Və onlar da geri qayıdıb, hara uçsalar da ermənilərin arzu və istəklərinə, nə bilim, daha nələrinə “qonan” “sülh quşları”na çevriləydilər. Göydən aşsüzənə çevrilmiş “şərəf” və “ləyaqət”lərinin üzərinə leysan kimi qrant “yağaydı” və bu “yağış”ın altında Paşinyanla əl-ələ verib Şuşada yallı ya da İrəvanda “mikrorayon tikməyə” gedəydilər... Amma olmadı, alınmadı... Azərbaycan Ordusu torpaqlarımızdan işğalçıların ayağını, işğala şam tutanların isə arzularının ipini kəsdi... Məhz bu baxımdan, “kaş ki...”lər hələ çox olacaq.

Elçin Mirzəbəyli