• 26 Aprel 2024
logo
Şərəf Malkoç: "Səfərimiz çərçivəsində Ermənistanın 30 illik işğalı nəticəsində dağıdılan, məhv edilən tarixi mirası gördük"

Şərəf Malkoç: "Səfərimiz çərçivəsində Ermənistanın 30 illik işğalı nəticəsində dağıdılan, məhv edilən tarixi mirası gördük"

"Bizi Azərbaycana dəvət edən Azərbaycan Ombudsmanına təşəkkür edirik. Səfərimiz çərçivəsində biz, Ermənistanın 30 illik işğalı nəticəsində dağıdılan, məhv edilən tarixi mirası gördük".
Bunu bu gün keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç bildirib. Şərəf Malkoç deyib ki, Ermənistan işğal dövründə çoxlu sayda əraziləri minalayıb: "Bu minalar çox təhlükəlidir. İşğal başa çatsa da minalı ərazilərin xəritələri verilmir. Bununla bağlı minalı ərazilərin xəritələrinin verilməsi üçün lazımlı işlər görüləcək. Biz İƏT OA 21-23 oktyabr 2020-ci ildə, yəni müharibə davam etdiyi vaxtda dövründə 2020-ci ildə bölgəyə səfər etmişdik. Bu ziyarət zamanı müharibə bölgələrindən uzaq olan ərazilərdə də dinc əhalinin yaşadığı ərazilərə Ermənistanın raket atması nəticəsində ölənlərin yaxınları ilə görüşmüşdük. O dövrdə insan hüquqlarının pozulması ilə bağlı hesabat hazırlamışdıq, bunu ingilis dilinə çevirərək BMT, Beynəlxalq Cinayət məhkəməsinə göndərdik. Eyni zamanda, diqqəti bu yerə çəkmək üçün hesabatı dünyadakı bütün Ombudsmanlara göndərmişik və bunun yaxşı təsiri olub. İndi isə səfərimiz zamanı dağıdılan, məhv edilən tarixi, mədəni abidələrin hansı vəziyyətdə olduğunu, bunun bərpa olunub-oluna bilməyəcəyi ilə bağlı hesabat hazırlayacağıq. Bu bizim insanlıq vəzifəmizdir. Çünki dağıdılan o tarixi, mədəni abidələr, təkcə bu torpaqların, Azərbaycanın, Qafqazın yox, bütün insanlığın mirasıdır. Minalı ərazilərdə olduq, həmin minaların çıxarılandan sonra partladılması izlədik. Bunların hamısını qeyd etmişik və hesabatda qeyd edəcəyik. Hesabatla bütün bu faktların dünya ictimaiyyətinə çatdırılmasında qatqımız olması üçün çalışırıq. Bu cür təxribatların olmaması üçün dünya ictimaiyyətinin diqqətini bura çəkəcəyik. 30 il əvvəl o yerlərdən çıxmaq məcburiyyətində qalan əhali geri dönə bilmir, çünki mina var və bu minaların harada olduğunu bilmir. Bu yaxınlarda 2 jurnalist də işini görərkən mina nəticəsində həyatını itirdi, bunu bütün dünya bildi. . Minaların partlaması nəticəsində olacaqların qarşısına keçmək lazımdır. Ona görə də ən qısa zamanda minalı ərazilərin xəritələri Azərbaycanlı səlahiyyətlərinə verilməli, o yerlər minadan təmizlənməli və 1 milyondan çox sakin 30 il sonra Vətəninə gedə bilməlidir. İşğaldan azad olunan yerlərdə gördüklərimiz dəhşətli idi. Binalar tamamilə məhv edilib, dini obyektlər kirlədilib, təhqir edilib, məzarların içindən insanların sümükləri çıxarılıb. Bütün bunların hamısını hesabatda qeyd edəcəyik. Ümid edirəm ki, bütün bu faktların dünya ictimaiyyətinə çatdırılmasında köməyimiz dəyəcək".