• 28 Sentyabr 2022
logo
Ceyhun Bayramov Kazandakı terror aktına görə Rusiyaya başsağlığı verib

Ceyhun Bayramov Kazandakı terror aktına görə Rusiyaya başsağlığı verib

“Rusiyanın Kazan şəhərində böyük faciə baş verib. Terror aktı nəticəsində çoxlu sayda günahsız insanhəlak olub və yaralanıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Ukrayna Baş nazirinin müavini Ağdamda minaların partladılaraq zərərsizləşdirilməsi prosesini izləyib - VİDEO
İtaliya şirkətləri azərbaycanlı həmkarları ilə Qarabağın bərpası ilə bağlı onlayn görüş keçiriblər
Polşa konstitusiyasının 230 illiyi Azərbaycanda qeyd olunub - FOTO
“Ən dəhşətlisi budur ki, hadisə məktəbdə baş verib. Günahsız insanların ölümü həmişə faciədir. Ən dəhşətlisi odur ki, ölənlər günahsız uşaqlardır. Bütün rus xalqına başsağlığı verirəm, yaralananlara tezliklə sağalmağı arzu edirəm. Biz terrorun hər növünü qınayırıq. Bu bir daha onu göstərir ki, bütün ölkələr terror vəbasına qarşı birləşməlidir”, - deyə XİN başçısı vurğulayıb.