• 19 Mart 2024
logo
Ağdam tamamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib - Fransalı hüquqşünas

Ağdam tamamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib - Fransalı hüquqşünas

Ağdam tamamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib.

Bunu Trend-ə fransalı hüquqşünas Eliz Arfi Ağdama səfəri zamanı deyib.

Onun sözlərinə görə, bura gəlmək üçün Azərbaycanın Parisdəki Səfirliyi tərəfindən dəvət alıblar: "Biz Fransanın vəkilləriyik. Bizim burada olmağımızın əsas məqsədi Avropa mətbuatında yazılanlardan başqa, buradakı vəziyyəti öz gözümüzlə görməkdən ibarətdir. Buradakıları görmək həqiqətən çox çətindir. Məhz buna görədir ki, bizim bu ərazilərə gələrək hazırkı vəziyyətlə tanış olmağımız, müharibənin nə dərəcədə aparıldığını, nəticələrini, hansı hüquq pozuntularına yol verildiyini şəxsən görməyimiz baxımından çox mühüm əhəmiyyət kəsb edir. Sizin də gördüyünüz kimi, deyə bilərik ki, şəhər təmamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib.

Fransanın Qarabağla bağlı mövqeyinə gəldikdə, hüquqşünas deyib: "Bu, bir az incə məsələdir, çünki bildiyiniz kimi, Fransada əslən erməni olan böyük bir kütlə yaşayır. Bizim də buraya gəlməyimizdə əsas amalımız baxışlarda və yaranmış fikirlərdə bir tarazlıq yaratmaqdan ibarətdir".